Üzvü gübrələr laboratoriyası

Laboratoriya rəhbəri aqrar
elmlər üzrə fəlsəfə doktoru, dosent
Talıbova Sevda Talıb qızı
Tel:(+994 12) 5384652
Elektron poçt: organic-fertilizer@bk.ru  
İşçilərin ümumi sayı: 12


Üzvi gübrələr laboratoriyası 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aqrokimya bölməsinin bazasında yaradılmışdır. Onun əsasında isə Torpaqşünaslıq və Aqrokimya İnstitutu təşkil olunmuşdur.
Üzvi gübrələr laboratoriyası təşkil edildikdə ona akademik, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, a.e.d., professor, AMEA-nın həqiqi üzvü C.M.Hüseynov, 1975-ci ildən 2018-ci ilə qədər əməkdar elm xadimi, a.e.d., professor P.B.Zamanov rəhbərlik etmişdir.
Laboratoriyanın 2020-2024-cü il üçün müasir elmi istiqamətini – müxtəlif aqrosenozlarda gübrələrin torpaqda üzvi maddələrin çevrilmə prosessinə təsirinin aqroekoloji xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. Respublikada böyük ehtiyata malik, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən, bitki qalıqlarının, şirin su hövzələrindən çıxan lil qalıqlarının,peyin, quş zılı, kül, kənd təsərrüfatı məhsullarının sənaye emalından sonra qalan tullantıların regionlar üzrə ehtiyatlarının tərkibinin öyənilməsi, onlardan hazırlanmış kompostların və yağış qurdlarından vermikultivirləşdirmə üsulu ilə alınmış biohumusun verilmə norma və üsullarının torpaqların münbitliyinə, qida maddələrinin bitki tərəfindən mənimsənilməsinə, məhsuldarlığa, keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi və həmçinin bu gübrələrin ekologiyası pozulmuş və duzlaşmış torpaqlarda da sınaqdan keçirilməsi nəzərdə tutulur. Əldə edilmiş nəticələr Respublikanın kənd təsərrüfat əməkçilərinə, fermer təsərrüfatlarına və bələdiyyələrə təlimat, tövsiyə, qəzet, jurnal, məqalə, radio, televiziya vasitəsilə çatdırılacaqdır.
Laboratoriyada 12 əməkdaş, o cümlədən, 10 aqrar elmlər üzrə fəlsəfə doktoru, onlardan 9 aparıcı elmi işçi, 1 böyük elmi işci və 1 e1mi işçi, 1 laborant çalışır.