Laboratoriya rəhbəri
AMEA-nın həqiqi üzvü,
aqrar elmlər doktoru. professor
Məhərrəm Pirverdi oğlu Babayev
Telefon: (99412) 5101097
E-mail: maharram-babayev@rambler.ru
Laboratoriya 1945-ci ildə yaradılmışdır. Laboratoriyanın ilk rəhbəri 1995-ci ilə kimi a.ü.e.d., professor, AMEA-nın müxbir üzvü Məmməd-Emin Məmməd-Əli oğlu Salayev olmuşdur. Hal-hazırda laboratoriyanın rəhbəri a.ü.e.d., professor, AMEA-nın həqiqi üzvü Məhərrəm Pirverdi oğlu Babayevdir.
Laboratoriya yarandığı gündən İnstitutun əsas istiqamətlərindən birini müəyyən edən aparıcı struktur bölmələrdən biri olaraq qalır. Laboratoriya fəaliyyət göstərdiyi illər ərzində burada Azərbaycanın görkəmli torpaqşünas, coğrafiyaçı alimləri R.Kovalyev, Ş.Həsənov, R.Zeynalov, M.Babayev, B.Həsənov, Ç.Cəfərova və başqaları işləmişlər.
Professor M.Salayevin rəhbərliyi və onların iştirakı ilə laboratoriyada Azərbaycan torpaqlarının genezisi, coğrafi yayılmasının qanunauyğunluqları və xəritələşdirilməsi ilə əlaqədar problemlər işlənmiş, onların dəqiq diaqnostikası, nomenklaturası, sistematikası və təsnifatı məsələləri əhatə olunmuşdur.
Laboratoriyanın çox şaxəli tədqiqatları 3 istiqamətdə – torpaq regional tədqiqatları, torpaqların genezisi, təsnifatı, diaqnostikası və torpaqların xəritələşdirilməsi sahəsində aparılmışdır.
Yüksək dağ zonasında ilkin torpaq əmələgəlmə prosesi və bu proseslə bağlı aşınma məhsullarının miqrasiyası, humus əmələgəlmə şəraiti, meşə və çay subasarlarında torpaqların genezisi, sistematikası və nomenklaturası, coğrafi və stasionar təd-qiqatlar nəticəsində öyrənilmişdir.
Mədəni torpaq əmələgəlmə prosesinin özünəməxsus xüsusiyyətləri araşdırılmış və antropogen torpaqlarda baş vermiş dəyişikliklər aydınlaşdırılmışdır. Antropogen dəyişilmiş torpaqların sistematikası və nomenklaturası dəqiqləşdirilmiş və ilk dəfə olaraq Azərbaycanın antropogen torpaqlarının beynəlxalq standartlara uyğun təsnifatı verilmişdir.
Çoxillik torpaq tədqiqatlarının nəticəsi olaraq Azərbaycanın Torpaq Xəritəsi (M 1:500 000, 1957), Azərbaycanın Torpaq Xəritəsi (M 1:100000, 1997) tərtib edilmişdir. Laboratoriyanın əməkdaşları SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz vərəqinin tərtibində iştirak etmişdir.
Hazırda Azərbaycanın torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, qorunması və bərpası problemi çərçivəsində Respublika torpaqlarının müasir nomenklaturası, təsnifatı, torpaq deqradasiyası və bərpası, antropogen torpaq əmələgəlmə prosesinin elmi və təcrübi əsasları üzrə dəqiq tədqiqatlar aparılır.
“Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası”, “Azərbaycan torpaq xəritəsinin legendası” (М 1:100000), “Azərbaycanda torpaq islahatına uyğun xırda təsərrüfatların torpaq tədqiqatları” və “Torpaq deqradasiyası” metodik tövsiyələr çap olunub.
“Azərbaycanın torpaq və Aqrokimyəvi xəritələr Atlası”, “Respublika torpaqla-rının morfogenetik profilləri”. “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində təhlükə doğura biləcək təbii amillər və onlardan qorunmaq üçün nəzərdə tutulan tədbirlər”. İlk dəfə olaraq morfogenetik diaqnostik göstəricilərlə bərabər bioloji xüsusiyyətlər nəzərə alınaraq Respublikanın beynəlxalq standartlara uyğun müasir torpaq təsnifatı və diaqnostikası hazırlanıb.
Azərbaycanın subtropik zonasında tərəvəz yararlı suvarılan torpaqların biomorfogenetik diaqnostikası”, adlı monoqrafiyaları çap olunmuşdur. Monoqrafiya subtropik zonanın suvarılan tərəvəzəyararlı boz-qonur (Irragic gypsic calcisols), boz-çəmən (Irragic calcisols), allüvial çəmən-meşə (Irragic mollic luvisols) və qleyli-sarımtıl (Irragic gleyic luvisols) torpaqlarında tərəvəz-yem və tərəvəz-paxlalılar əkin dövriyyələrində aparılan stasionar tədqiqatların nəticələrinə əsaslanır. Torpaqların münbitliyinin bərpası məqsədilə əkin dövriyyələrində və daimi əkində becərilən bitkilər altında bioloji göstəricilər (fermentlərin fəallığı, torpaqların ammonifikasiya və nitrifikasiya qabiliyyəti, torpaqdan ayrılan karbon qazının və sellülozanın parçalanma intensivliyi, mikroorqanizmlərin miqdarı) müqayisəli surətdə dinamikada öyrənilmiş, bioloji göstəricilər əsasında qiymətləndirmə aparılmışdır. Müəyyən edilmişdir ki, elmi cəhətdən əsaslandırılmış növbəli əkinlərin tətbiqi ilə torpaq parametrlərini idarə etmək mümkündür. Torpaqların bioloji qiymətləndirilməsi göstərir ki, subtropik zonanın suvarılan allüvial çəmən-meşə və qleyli-sarımtıl torpaqlarının münbitliyini bərpa etməklə bərabər, boz-qonur və boz-çəmən torpaqların münbitliyini artırmaq olar.
Xəritə fondu. Azərbaycanda çoxillik torpaq coğrafi tədqiqatlarının nəticəsində böyük elmi və təcrübi əhəmiyyəti olan bir sıra müxtəlif təyinatlı-torpaqşünaslıq, aqrokimya, meliorasiya, torpaq fizikası sahəsində xəritələr tərtib edilmişdir.
İnstitutun xəritə fondu Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının nəzdində 1945-ci ildən fəaliyyət göstərir. Fondun əsasını 1000-dən artıq iri və orta miqyaslı institutun əməkdaşları tərəfindən hazırlanmış xəritələr təşkil edir. Bununla yanaşı xəritə fondunda nadir və çox qiymətli kartoqrafik material olan 1926-1927-ci illərdə hazırlanmış xəritələr də vardır. Xəritə fondunda Azərbaycanın torpaq örtüyünü səciyyələndirən torpaq xəritələri, əkin sahələrinin strukturunu və bonitetini əks etdirən kartoqramlar, torpaq fondunun qiymətləndirən və torpaq-aqroiqlim rayonlaşdırılması, torpaqların duzluluğu, eroziyası üzrə və s. xəritələrdə mövcuddur.Əsas fəaliyyət istiqamətləri.
Respublika torpaqlarının genezisi, müasir nomenklaturası və kartoqrafiyası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsasları və torpaqların deqradasiyası.
Əsas elmi nəticələri.
Antropogen dəyişilmiş torpaqların sistematikası və nomenklaturası dəqiqləşdirilmiş və ilk dəfə olaraq Azərbaycanın antropogen torpaqlarının beynəlxalq standartlara uyğun təsnifatı verilmişdir.Çoxillik dəqiq torpaq tədqiqatlarının nəticəsi olaraq Azərbaycanın Torpaq Xəritəsi (M 1:500000, 1957), Azərbaycanın Dövlət Torpaq xəritəsi (M 1:100000, 1997) tərtib edilmişdir. Laboratoriyanın əməkdaşları SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz vərəqinin tərtibində iştirak etmişdir. Respublikanın torpaqları haqqında bir çox monoqrafiyalar çap olunmuşdur. Onlardan «Azərbaycan torpaqları», «Kiçik və Böyük Qafqazın torpaqları», «Lənkəran torpaqları», «Qonur torpaqəmələgəlmə prosesi», «Araz sahili zonasının torpaqları», «Kür-Araz ovalığının suvarılan torpaqları» və s. Hazırda Azərbaycan torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, qorunması və bərpası problemi çərçivəsində respublika torpaqlarının müasir nomenklaturası, təsnifatı, torpaq deqradasiyası və bərpası, antropogen torpaqəmələgəlmə prosesinin elmi və təcrübi əsasları üzrə dəqiq tədqiqatlar aparılır. «Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası», “Azərbaycan torpaqlarının müasir təsnifatı”, «Azərbaycan torpaq xəritəsinin legendası» (M 1:100000), «Azərbaycanda torpaq islahatına uyğun xırda təsərrüfatların torpaq tədqiqatları», “Tərəvəz altına yararlı suvarılan torpaqların bioloji aktivliyinin qiymətləndirilməsi” və «Torpaq deqradasiyası» suvarılan torpaqların münbitliyini bərpası və qorunub saxlanılması metodik tövsiyələri çap olunub. «Azərbaycanın torpaq və aqrokimyəvi xəritələr Atlası», «Respublika torpaqlarının morfogenetik profilləri» adlı monoqrafiyası çapa hazırlanıb. Respublikanın beynəlxalq standartlara uyğun müasir torpaq təsnifatı və diaqnostikası hazırlanıb. Azərbaycanın torpaq ehtiyatlarının coğrafiya-informasiya bazası yaradılmışdır.