• Az
  • En
  • Ru

logo


  • Ana səhifə
  • Haqqımızda
    • İnstitut haqqında
    • Struktur
      • Şöbələr
        • Ümumi şöbə
        • Təhsil şöbəsi
        • İctimaiyyətlə əlaqələr şöbəsi
        • Beynəlxalq əlaqələr şöbəsi
        • İKT şöbəsi
      • Laboratoriyalar
        • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
        • Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi
        • Torpaq fizikası laboratoriyası
        • Torpaq meliorasiyası laboratoriyası
        • Mineral gübrələr laboratoriyası
        • Mikroelementlər və mikrogübrələr laboratoriyası
        • Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
        • Üzvü gübrələr laboratoriyası
        • Torpaqların rekultivasiya laboratoriyası
        • Torpaqların biologiyası laboratoriyası
        • Torpaqların mineralogiyası və kimyası laboratoriyası
        • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası
        • Torpaq proseslərinin dinamikası laboratoriyası
        • Torpaq örtüyünün strukturası laboratoriyası
        • Torpaq eroziyası laboratoriyası
        • Suvarmanın müasir problemləri laboratoriyası
      • Xəritə fondu
      • Torpaq muzeyi
      • Kitabxana
        • Kitabxananın tarixi
      • Ucar Dayaq Məntəqəsi
      • Şamaxı dayaq məntəqəsi
    • Rəhbərlik
    • Həmkarlar təşkilatı
  • Xəbərlər
    • Ekspedisiya Xəbərləri
    • Görüşlər
    • Konfranslar, İclaslar
    • Müsabiqə və elanlar
    • Yubileylər
    • Maraqlı məlumatlar
  • Şuralar
    • Elmi şura
    • Birləşdirilmiş Dissertasiya Şurası
    • Gənc Alim və Mütəxəssislər Şurası
  • Jurnallar
  • Əlaqə
facebook
twitter
youtube


Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi

Laboratoriya müdiri, Azərbaycan Milli
Elmlər Akademiyasının Aqrar məsələlər
üzrə müşaviri, AMEA-nın həqiqi üzvü,
biologiya elmləri doktoru, professor

Məmmədov Qərib Şamil oğlu
Tel:(994 12)539-97-16
       (994 12) 538-94-25

Respublikamızda XX əsrin 60-cı illərinin sonu 70-ci illərin əvvəllərində kənd təsərrüfatında pambıqçılığın və üzümçülüyün inkişaf etdirilməsi və torpaqdan istifadənin intensiv üsullarına keçidlə əlaqədar olaraq torpaqların qiymətləndirilməsinə böyük ehtiyac yarandı. Bununla əlaqədar olaraq 1969-cu ildə Azərbaycan Nazirlər Kabinetinin xüsusi qərarı və Azərbaycan EA Rəyasət  Heyətinin sərəncamı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların Aqroekologiyası və Bonitirovkası laboratoriyası təşkil edilmişdir.  1969-1980-ci illər ərzində laboratoriyaya Ş. Həsənov və 1980-1984-cü illərdə isə N. Mikayılov rəhbərlik etmişdir. Hazırda Laboratoriyanın rəhbəri akademik Qərib Şamil oğlu Məmmədovdur.
Laboratoriya əməkdaşları 80-ci illərin ortalarına kimi torpaqların aqroekologiyası xüsusiyyətlərinin öyrənilməsi və onların müqayisəli şəkildə qiymətləndirilməsi–bonitirovkası problemləri ilə məşğul olmuşdur. Bu tədqiqatlar nəticəsində torpağın ayrı-ayrı diaqnostik əlamətlərinin, xassə və rejimlərinin, həmçinin iqlim, relyef və digər amillərin münbitliyin səviyyəsinə təsiri öyrənilmişdir.

Müxtəlif səviyyələrdə (Respublika, təbii-iqtisadi, kadstr, inzibati rayonlar, təsərrüfatlar) bonitet şkalaları tərtib edilmiş, torpaqların aqro-istehsalat qruplaşdırılması aparılmış, xəritə və kartoqramlar hazırlanmışdır. Torpaqların bonitirovkasının, elmi-nəzəri və metodiki əsasları işlənmiş, metodiki tövsiyələr hazırlanmış monoqrafiyalar yazılmışdır.
80-ci illərin  ikinci yarısından etibarən  Q.Ş.Məmmədovun təşəbbüsü ilə torpaqların aqroekoloji tədqiqatlarında və bonitirovkasında müasir metodlardan istifadəyə geniş yer verilir. Bu dövrdə diqqəti cəlb edən cəhət tədqiqatçının  elmə metodiki yeniliklər gətirməyə çalışması idi. Belə ki, torpaqların bonitet balları tapılarkən torpaq-ekoloji indeks (TEİ) və digər riyazi düsturlardan istifadə olunması, torpaq örtüyü strukturu elementlərinin qiymətləndirilməyə meyar və təshih əmsalları kimi götürülməsi, torpaq  örtüyünün ekoloji cəhətdən qiymətləndirilməklə torpaqların bonitirovkasının ekoloji problemlərə cəlb edilməsi dövrün tədqiqatları üçün səciyyəvi idi. (S.Z.Məmmədova, 1989; M.M.Əsgərova, 1990; A.B.Cəfərov, 1991).

Akademik Q.Ş. Məmmədov Azərbaycan Respublikası Relyefinin Plastikası metodu əsasında Torpaq Örtüyünün Strukturu xəritəsi 1:600000 miqyasında hazırlanmışdır. Həmçinin Q.Ş.Məmmədov və V.Həsənovun rəhbərliyi ilə respublikanın bir sira regionlarında bu istiqamətdə tədqiqatlar aparılmış və xəritələr hazırlanmışdır ( H. Hacıyev, Ş. İskəndərov, F. Manafov, və s  1990, 1992, 2006 ).
Həmin dövrdə və sonrakı illər müstəqil elmi istiqamətdə – torpaq münbitliyinin konseptual, regional, riyazi və ekoloji modellərin hazırlanmasına xüsusi diqqət yetirilməsi aqroekoloji və ekoloji tələblərdən irəli gəlirdi. Bu tədqiqatlar nəticəsində Respublikamızın taxıl, pambıq, üzüm, çay, sitrus, zeytun, meşə və qış otlaqları torpaqlarının ekoloji münbitlik modeli hazırlanmışdır. (S.Z.Məmmədova, A.F.Hə-sənova, M  .M.Yusifova və s.).
Respublikamız müstəqillik  elan etdikdən sonra yuxarıda göstərilən istiqamətlərlə yanaşı  Q.Ş.Məmmədovun təşəbbüsü ilə daha iki elmi istiqamətdə:

Azərbaycan dövlət kadastr xidmətinin aparılmasının elmi-nəzəri və praktiki əsaslarının işlənməsi və Azərbaycanda aqrar islahatı, onun nəticələrinin elmi təhlili, proqnozlaşdırılması sahəsində araşdırmaların aparılmasına başlanmışdır. Bu tədqiqatların real nəticəsi olaraq Q.Ş.Məmmədovun «Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər» (2002) və «Azərbaycanın dövlət torpaq kadastrı hüquqi, elmi və praktiki məsələləri»  (2003) monoqrafiyaları nəşr olunmuşdur.
2001-2005-ci illərdə Azərbaycanın  təbii (meşə və otlaq) və mədəni senozları altında (çay, üzüm, pambıq, tərəvəz, yem)  torpaqlarının aqroekoloji rayonlaşdırılması aparılmışdır. (Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova, M.M. Yusifova, K.Q.Nuriyeva, N.A.İsmayılova, N.Ə.Sultanova, G.A. Hüseynova, L.R.Kərimova, Y.N.Quliyeva, K.Ə.Qafarbəyli).
2005-2010-cu illərdə torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının əməkdaşları tərəfindən  çay, otlaq, üzüm, pambıq, tərəvəzaltı, həmçinin texnogen pozulmuş və xüsusi mühafizə olunan ərazilərin torpaqlarının ekoloji qiymətləndirilməsi aparılmışdır (Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova, M.M.Yusifova, K.Q.Nuriyeva, N.A.İsmayılova, N.Ə.Sultanova, Y.N.Quliyeva, G.A.Hüseynova, A.S.Orucov, L.R.Kərimova, K.Ə. Qafarbəyli).
2010-2013-cü illərdə Azərbaycanın müxtəlif torpaq-kadastr rayonlarının (Dağlıq və Aran Şirvan, Quba-Xaçmaz, Abşeron, Qanıx-Türyançay, Mil-Qarabağ) iqtisadi qiymətləndirilməsi aparılmışdır (A.B.Cəfərov, R.M. Heydərova, M.M.Yusifova, K.Q.Nuriyeva, N.Ə. Sultanova, Y.N.Quliyeva, L.R.Kərimova).

2014-2016-cı illərdə Torpaqların ekoloji qiymətləndirilməsi əsasında təbii və mədəni biosenozların səmərəli istifadəsi və yaxşılaşdırılması, torpaq yerlərinin iqtisadi və kadastr qiymətləndirilməsi əsasında torpaq resurslarının idarə olunması işləri üzrə tədqiqatlar davam edir (Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova, Z.R.Məmmədov, R.M. Heydərova, M.M.Yusifova, K.Q.Nuriyeva, N.A.İsmayılova, N.Ə.Sultanova, Y.N.Quliyeva, G.A.Hüseynova, A.S.Orucov, L.R.Kərimova, K.Ə. Qafarbəyli).

2015-ci ildə akademik Q.Ş. Məmmədovun məsul katibliyi ilə Azərbaycan  Milli Atlası və “Cənubi Qafqaz 1903-cü il” xəritəsi nəşr olundu. Azərbaycan öz tarixində bu günə qədər Milli Atlasa malik olmamışdır. Milli Atlasın önəmi barədə yalnız bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan kartoqrafiyası tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti məhz Milli Atlas oxucularına ön sözlə müraciət etmiş və “Azərbaycan Respublikasının Milli Atlası”nın ölkəmizlə bağlı sanballı, irimiqyaslı kartoqrafik nəşr” olmasını vurğulamışdır.

Azərbaycan Respublikasının Milli Atlası milli atlasların ümumdünya elmi səviyyəsinə cavab verir və məzmununa görə elmi-məlumat tipinə aiddir. Milli Atlasda 1:1000000, 1:2,5000000 və 1:5000000 miqyaslı xəritələrdən istifadə olunmuşdur. Nəşrdə xəritələrdən istifadəni asanlaşdırmaq məqsədilə izahedici mətnlər, cədvəllər, qrafiklər, ən son statistik göstəricilər və metodik izahatlar verilmişdir. Ölkəmizin sərhədlərindən kənarda tanıdılması üçün nəşrdə izahedici mətn və göstəricilər 3 dildə (Azərbaycan, ingilis və rus) öz əksini tapmışdır. Milli Atlası 19 bölmədən, 444 səhifədən və 1000 yaxın xəritədən, diaqramlardan, cədvəllərdən, izahedici mətnlərdən, slaydlardan və digər vacib material və məlumatlardan ibarətdir.“Cənubi Qafqaz 1903-cü il” xəritəsinin nəşri ermənilərin və ermənipərəst qüvvələrin “böyük Ermənistan” yaratmaq iddialarına sərt cavab olmaqla yanaşı, həm də işğal altında olan ərazilərin geri  qaytarılması kimi müqəddəs bir işin uğurla nəticələnməsində öz tarixi rolunu oynacaqdır.

Hal-hazırda laboratoriyada güclü elmi potensiala söykənilərək bir neçə elmi istiqamətdə işlər aparılır: torpaqların ekoloji və digər aspektlərdən qiymətləndirilməsi və monitorinqi əsasında təbii və mədəni biosenozların yaxşılaşdırılması, səmərəli istifadəsi və məhsulvermə qabiliyyətinin idarə edilməsi və bu işlərin iqtisadi baxımdan əsaslandırılması; landşaft kompleksləri torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi; landşaft komplekslərinin ekoturizm baxımından qiymətləndirilməsi;  meşə, üzüm, taxıl, tərəvəzaltı torpaqlarda və xüsusi mühafizə olunan ərazilərdə münbitlik göstəricilərinin çoxillik dəyişkənliyi üzərində monitorinq aparılmasının elmi-nəzəri və metodiki əsaslarının təkmilləşdirilməsi; nektar tutumlu ərazilərin ekoloji və iqtisadi qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsaslarının işlənməsi; torpaq resurslarının kadastr və iqtisadi istiqamətləndirilməsi, torpaq-kadastr rayonlaşdırılması əsasında idarə edilməsinin elmi-nəzəri və metodiki əsaslarının təkmilləşdirilməsi.

Əsas fəaliyyət istiqamətləri.
Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətləri, bonitirovkası və ekoloji qiymətləndirilməsi. Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, ekoloji münbitlik modeli, torpaqların aqroekoloji rayonlaşdırılması, torpaq münasibətlərinin  elmi təhlili.

Əsas elmi nəticələri.
Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası son illər torpaq-kadastr rayonlaşdırılması, kiçik torpaq mülkiyyətçiliyi şəraitində torpaq sahələrinin bonitirovkası və ayrı-ayrı kənd təsərrüfatı bitkiləri, təbii otlaq və meşə altı torpaqların ekoloji modellərinin hazırlanması sahəsində müəyyən uğurlar əldə edilmişdir. Torpaq islahatı və onun nəticələrinin elmi təhlili və proqnozlaşdırılması da laboratoriyanın prioritet istiqamətlərindəndir. “Azərbaycanın 1:600 000 miqyasında torpaq-kadastr rayonlaşdırılması və torpaq ekoloji qiymətləndirmə xəritəsi xəritəsi” tərtib edilmişdir.
Azərbaycanın Ceyrançöl və Qobustan massivi təbii senozlarında torpaqların ekoloji qiymətləndirilməsi aparılmış və 1:100000 miqyasında xəritə-sxemi hazırlanmışdır. Ekoloji-energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndirilməsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar üzrə nəzərə alınaraq yarımsəhra landşaft kom¬plekslərinin bonitet balı müəyyənləşdirilmişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova).
Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida maddələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sisteminin və torpaqların ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir.
Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda müəyyənləşdirilmiş 7 tip üzrə torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə xəritəsi (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş. Məmmədov, V.H.Həsənov ).
Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı işlənilmişdir. Respublikada ilk dəfə olaraq 2 dildə (Azərbaycan və rus) “Azərbaycanın Torpaq Atlası” hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.)
Azərbaycanda torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır.
“Azərbaycan Respublikasının Ekoloji Atlası” üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri araşdırılmışdır.
2015-ci ildə akademik Q.Ş.Məmmədovun məsul katibliyi ilə Azərbaycan Milli Atlası və “Cənubi Qafqaz 1903-cü il” xəritəsi nəşr olundu. Azərbaycan öz tarixində bu günə qədər Milli Atlasa malik olmamışdır. Milli Atlasın önəmi barədə yalnız bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan kartoqrafiyası tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti məhz Milli Atlas oxucularına ön sözlə müraciət etmiş və “Azərbaycan Respublikasının Milli Atlası”nın ölkəmizlə bağlı sanballı, iri miqyaslı kartoqrafik nəşr” olmasını vurğulamışdır. Azərbaycan Respublikasının Milli Atlası milli atlasların ümumdünya elmi səviyyəsinə cavab verir və məzmununa görə elmi-məlumat tipinə aiddir. Ölkəmizin sərhədlərindən kənarda tanıdılması üçün nəşrdə izahedici mətn və göstəricilər 3 dildə (Azərbaycan, ingilis və rus) öz əksini tapmışdır. “Cənubi Qafqaz 1903-cü il” xəritəsinin nəşri ermənilərin və ermənipərəst qüvvələrin “böyük Ermənistan” yaratmaq iddialarına sərt cavab olmaqla yanaşı, həm də işğal altında olan ərazilərin geri qaytarılması kimi müqəddəs bir işin uğurla nəticələnməsində öz tarixi rolunu oynayacaqdır.

Xəbərlər

Akademik Qərib Məmmədovun həmmüəlllifliyi ilə “Məkan məlumatlarının təhlili” fənni üzrə Azərbaycanda ilk dərs vəsaiti nəşr olunub
Apr 12, 2021
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib
Apr 09, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin online iclası keçirilib
Apr 09, 2021
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuda istehsalat təcrübəsi davam edir
Apr 09, 2021
Azərbaycanlı alim beynəlxalq elmi-praktik konfransda iştirak edib
Apr 01, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Mar 31, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib
Mar 29, 2021
Azərbaycan elmi ictimaiyyətinin qürur günü-“Elm Günü”
Mar 27, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Elm Günü”nə həsr edilmiş Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək
Mar 17, 2021
AMEA-nın müxbir üzvü Amin İsmayılovun 70 yaşı tamam olur
Mar 15, 2021

Arxivlər

  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017
  • Noyabr 2017
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • İyul 2017
  • İyun 2017
  • May 2017
  • Aprel 2017
  • Mart 2017
  • Fevral 2017
  • Yanvar 2017
  • Dekabr 2016
  • Noyabr 2016
  • Oktyabr 2016
  • İyul 2016
  • İyun 2016
  • Mart 2016
  • Sentyabr 2015

AMEA Torpaqşünaslıq və Aqrokimya İnsitutu

https://www.youtube.com/watch?v=Han1vJzR_4I

Elan


Copyright © 2016 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. Bütün hüquqları qorunur.