Laboratoriya rəhbəri,
Aqrar elmləri fəlsəfə doktoru,
dosent Süleymanov Niyazi Ramiz oğlu
Tel:(+994 12) 537 24 02
Е-mail: terrasoil@rambler.ru;
ceratronic@hotmail.com
Laboratoriya 1975-ci ildə “Tətbiq və məlumat” adı altında fəaliyyətə başlayıb. Laboratoriyanın ilk rəhbəri akademik M.P.Babayev olmuşdur. 1997-ci ildən laboratoriyaya a.e.f.d., dosent Süleymanov Niyazi Ramiz oğlu rəhbərlik edir.
2003-cü ildə laboratoriyanın adı dəyişdirilərək “Analitik məlumat, patent və tətbiq” adlandırılmışdır. 2007-ci ildə institutda gedən struktur dəyişiklikləri və laboratoriya nəzdində fəaliyyət göstərən“Mübadiləvi və dönərli torpaq proseslərinin tədqiqi” qrupunun əldə etdiyi nəticələr, tədqiq edilən elmi işlərin istiqaməti nəzərə alınmaqla “Dönərli torpaq proseslərinin tədqiqi” laboratoriyası adlandırılmışdır. 2016-cı ildə struktur dəyişiklikləri ilə əlaqədar laboratoriya “Torpaq proseslərinin dinamikası” adlandırılmışdır.Əsas fəaliyyət istiqamətləri
Əsas elmi nəticələri
İlk dəfə olaraq yüksək şişmə xüsusiyyətlərinə malik torpaqların yuyulmasının nəzəri-konseptual, metodiki əsasları işlənib hazırlanmış, bu məqsədlə qarışıq strukturlu torpaq mühitinin yaradılması təklif edilmiş, mühitin fiziki halını səciyyələndirən yeni parametrlər və onların tərəddüd sərhədləri; “real məsaməlik” anlayışı, kompleks meliorasiyanın nəzəri təminat şərtləri və yuma norması, torpağın şişmə