• Az
  • En
  • Ru

logo


  • Ana səhifə
  • Haqqımızda
    • İnstitut haqqında
    • Struktur
      • Şöbələr
        • Ümumi şöbə
        • Təhsil şöbəsi
        • İctimaiyyətlə əlaqələr şöbəsi
        • Beynəlxalq əlaqələr şöbəsi
        • İKT şöbəsi
      • Laboratoriyalar
        • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
        • Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi
        • Torpaq fizikası laboratoriyası
        • Torpaq meliorasiyası laboratoriyası
        • Mineral gübrələr laboratoriyası
        • Mikroelementlər və mikrogübrələr laboratoriyası
        • Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
        • Üzvü gübrələr laboratoriyası
        • Torpaqların rekultivasiya laboratoriyası
        • Torpaqların biologiyası laboratoriyası
        • Torpaqların mineralogiyası və kimyası laboratoriyası
        • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası
        • Torpaq proseslərinin dinamikası laboratoriyası
        • Torpaq örtüyünün strukturası laboratoriyası
        • Torpaq eroziyası laboratoriyası
        • Suvarmanın müasir problemləri laboratoriyası
      • Xəritə fondu
      • Torpaq muzeyi
      • Kitabxana
        • Kitabxananın tarixi
      • Ucar Dayaq Məntəqəsi
      • Şamaxı dayaq məntəqəsi
    • Rəhbərlik
    • Həmkarlar təşkilatı
  • Xəbərlər
    • Ekspedisiya Xəbərləri
    • Görüşlər
    • Konfranslar, İclaslar
    • Müsabiqə və elanlar
    • Yubileylər
    • Maraqlı məlumatlar
  • Şuralar
    • Elmi şura
    • Birləşdirilmiş Dissertasiya Şurası
    • Gənc Alim və Mütəxəssislər Şurası
  • Jurnallar
  • Əlaqə
facebook
twitter
youtube


Torpaq coğrafi informasiya sistemləri laboratoriyası

Laboratoriya  rəhbəri
AMEA-nın müxbir üzvü,
aqrar elmləri doktoru, professor
İsmayılov Amin İsmayıl oğlu
Tel: (+99450)5386994
E-mail: amin.ismayil@gmail.com

Torpaqşünaslığın nisbətən gənc, lakin ən müasir və prespektivli elmi istiqamətlərindən biri olan torpaq informatikası  üzrə tədqiqatlara Respublikamızda 1990-cı ildən başlanmışdır. Həmin ildə AMEA Torpaq-şünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünaslıq və aqrokimya tədqiqatlarında elektron hesablama maşın-larından istifadə” qrupu yaradılmış və Amin İsmayıl oğlu İsmayılov bu qrupa rəhbərlik etmişdir. 1995-ci ildə həmin qrupun bazasında “Torpaq informatikası və monitorinqi” laboratoriyası təşkil olunmuşdur. 2015-ci ildən etibarən laboratoriya, Torpaq-coğrafi informasiya sistemləri laboratoriyası adlanır.

Laboratoriya torpaqların mövcud vəziyyətinin qiymətləndirilməsi üçün ekspert sistemlərinin yaradılması, CİS bazasında  rəqəmsal torpaq xəritələrinin yaradılması, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması, torpaq münbitliyinin riyazi modelləşdirilməsi, torpaq kadastrı məlumatlarının idarə olunması, torpaq-ekoloji mühitin problemlərinin tədqiqi ilə məşğuldur.
Yarandığı dövrdən bu günə kimi  laboratoriyanın elmi tədqiqatları əsas etibarı ilə aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir:
– Azərbaycanda torpaq informaikasının elmi əsaslarının yaradılması, o    cümlədən, informasiya texnologiyaları  bazasında torpaq-ekoloji sistemin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün ekspert sistemlərinin yaradılması;
– torpaq kadastrı məlumatlarının idarə olunmasının informasiya təminatının  yaradılması;
– məntiqi-hesablama vasitələri ilə torpaq taksonomik vahidlərinin elmi analizi, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması;
– torpaq monitorinqinin əsas prinsiplərinin işlənib hazırlanması;
– su-torpaq-bitki sistemində aqroekoloji proseslərin riyazi modelləşdirilməsinin tədqiqi və  torpaq münbitliyinin riyazi modelləşdirilməsi;
– CİS bazasında rəqəmsal torpaq xəritələrinin tərtibi; torpaq-ekoloji mühitin Verilənlər Bazasının yaradılması;
– Azərbaycan torpaqşünaslığının Avropa İttifaqının vahid torpaq-coğrafi məkanına inteqrasiya imkanlarının tədqiqi. Laboratoriyanın fəaliyyət göstərdiyi dövrdə xeyli elmi nəticələr əldə olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində müasir informasiya texnologiyalarından geniş istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla aparılmasını təmin etmək məqsədilə Torpaqların İnformasiya Sistemi yaradılmışdır. O cümlədən, torpaqların ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan məlumatların təsvir dili və müvafiq klassifikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təklif edilmişdir.
Laboratoriyanın 1990-2000-ci illəri əhatə edən mövzu planlarına uyğun aparılan tədqiqatların nəticələri əsasında, Azərbaycanda ilk dəfə olaraq  “Torpaq ekoloji sistem göstəricilərinin kodlaşdırılması” (Bakı,1996.-20s.)  üzrə metodiki tövsiyə hazırlanmış, “Torpaq məlumatlarının təsvir dilinin elementləri” (Bakı,1996.-59s.) tərtib edilmiş, “Torpaq monitorinqinin informasiya bazası” (Bakı, 1997.-120s.) adlı monoqrafiya çap edilmişdir.


Torpaq tipi səviyyəsində vizualizasiyaya və diaqnostikanın  avtomatlaşdırılmasına imkan verən ekspert sistemi işlənib hazırlanmışdır. “Torpaqların konseptual diaqnostik modelləri” (Bakı,2000.-274s.) adlı monoqrafiya nəşr olunmuşdur.

Azərbaycan Respublikasında həyata keçirilmiş torpaq islahatının elmi-texnoloji əsaslarını təmin etmək məqsədilə, torpaq kadastrının, o cümlədən, torpaq sahələrinin qeydiyyatının müasir geoinformasiya sistemləri bazasında aparılmasının konseptual əsasları təklif olunmuşdur. Torpaq  kadastrı məqsədilə xəritələrin və müxtəlif göstəricilər üzrə kartoqramların tərtibi üçün avtomatlaşdırılmış informasiya sistemlərində istifadə yolları  təklif edilmişdir.

Bu tədqiqatların ümumiləşdirilmiş nəticəsi kimi, 2004-cü ildə A.İ.İsmayılovun “Azərbaycan torpaqlarının informasiya sistemi” (Bakı,2004,-308s.) adlı monoqrafiyası çap olunmuşdur.

Azərbaycanın torpaq təsnifatının Dünya Məlumat Bazasına  (WRB)  uyğunlaşdırılması məqsədilə  Q.Ş.Məmmədov, M.P.Babayev və A.İ.İsmayılov tərəfindən “Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası” (Bakı, 2002,-252s.) hazırlanaraq  dərc olunmuşdur.

Müxtəlif torpaq xassələri və göstəriciləri arasında əlaqələr xüsusi kompüter proqramlarının köməyi ilə araşdırılmış, torpaqların münbitlik modellərinin qurulması üçün əhəmiyyətli qanunauyğunluqlar əldə edilmiş və nəticələr A.İ,İsmayılov tərəfindən “Torpaq ekoloji sistemin tədqiqində riyazi statistika və modelləşdirmə” (Bakı,2005.-298s) kitabı şəklində dərc olunmuşdur.

2000-ci illərin əvəllərindən başlayaraq Azərbaycan torpaqlarının verilənlər bazasının  Avropa İttifaqının vahid torpaq-coğrafi məkanına inteqrasiya problemləri üzrə tədqiqatlara başlanılmış və bu istiqamətdə araşdırmalar davam etməkdədir.

 Avropa Torpaq Verilənləri Bazasının Genişləndirmə proqramı çərçivəsində, Avropa İttifaqının torpaq-coğrafi məkanına inteqrasiya tələblərinə uyğun, CİS bazasında 1:1000 000  miqyasında Azərbaycan torpaqlarının verilənlər bazasının ilkin versiyası hazırlanmışdır. Tədqiqat işlərinin nəticələri 2013-cü ildə Avropa İttifaqının Avstriyada yerləşən nəşr evi tərəfindən  çap edilmiş “Soil Resources of Mediterranean and Caucasus Countries”, kitabında “Soil Resources Of Azerbaijan” fəsli kimi dərc

olunmuşdur. Bu istiqamətdə laboratoriyada tədqiqatlar davam etdirilir. Laboratoriyanın əldə etdiyi nəticələr Azərbaycanda həyata keçirilən torpaq islahatının informasiya təminatının yaradılması və elmi əsaslarla idarə olunması prosesində geniş istifadə olunmuşdur. Laboratoriyanın elmi nailiyyətləri dəfələrlə AMEA-nın  mühüm nəticələrinə daxil edilmişdir.

Laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor A.İ.İsmayılov AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın sədridir.

Laboratoriya Azərbaycan Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinqi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın çərçivəsində, “Yeni nəsil peyk verilənlərin və informasiya texnologiyaların inteqrasiyası əsasında spektral xüsusiyyətlərin və torpaqların şorlaşmasının müasir vəziyyətinin xəritələşdirilməsinin tədqiqi” mövzusu üzrə birgə araşdırmalar aparılır.

Laboratoriyanın əməkdaşları ,elm və təhsilin inteqrasiyası istiqamətində də öz tövhələrini verməyə çalışırlar. Laboratoriyanın rəhbəri prof.A.İsmayılov Azərbaycan Memarlıq və İnşaat Universitetində şəhər kadastrı ixtisası üzrə magistr hazırlığında yaxından iştrak edir. Ali təhsil prosesində geniş istifadə olunan  “Kadastrın əsasları” (Bakı, 2008.-212s.) və “Coğrafi İnformasiya Sistemləri “(Ak. A.Mehdiyevlə həmmüəllif, Bakı, 2011,- 232s.)  ali məktəblər üçün dərslikləri hazırlanıb çap olunmuşdur.

Laboratoriya əməkdaşları Fransa, İsveçrə, Macarıstan, Avstriya, Hollandiya, Türkiyə, Ruminiya, Cənubi Koreyada elmi müzakirələrdə və dəyirmi masalarda fəal iştirak etmişlər.

Elmi məqalələri ABŞ, İspaniya, Avstriya, Macarıstan, İsrail, Türkiyə, Rusiya, Tailand, İtaliya və s. kimi ölkələrdə çap olunmuşdur.

Laboratoriyanın rəhbəri AMEA-nın müxbir üzvü, professor Amin İsmayıl oğlu İsmayılov 2012-ci ildə Avrasiya Torpaqşünaslıq Cəmiyyətləri Fede-rasiyasının (The Eurasian Federation of Soil Science Societies) elmi nəşri olan “Eurasian Journal of Soil Science” jurnalının redaktorlar şurasına elmi məsləhətçi seçilmişdir. 2014-cü ildə Macarıstanda çap olunan “Applied Ecology” elmi jurnalının redaktorlar şurasına üzv seçilmişdir.

Laboratoriya müxtəlif ölkələrin mütəxəssisləri ilə elmi yaradıcı əlaqələri davam etdirirlər.

Avropa torpaq coğrafi məkanına inteqrasiya istiqamətli fəaliyət prosesini gücləndirmək məqsədilə laboratoriya  Beynəlxalq Torpaq Sorgu və İnformasiya Mərkəzi- İRİC       (International Soil Reference and Information Centre) ilə əlaqələr qurmuşdur.

Laboratoriya, Avropa Komisiyasının Birgə Tədqiqatlar Mərkəzi ilə, o cümlədən  European Soil Portal ilə elmi əlaqələrə malikdir.

Elan

Xəbər lenti

Xocalı soyqırımı”nın 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
Fev 26, 2021
Azərbaycanlı alimin elmi məqaləsi indekslənən nüfuzlu xarici jurnalda dərc edilib
Fev 22, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin iclası keçirilib
Fev 15, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların attestasiyası keçirilib
Fev 12, 2021
Torpaqların müasir GİS texnologiyaları əsasında irimiqyaslı tədqiqatı və xəritələşdirilməsi
Fev 12, 2021
Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Gənclər şöbəsinin idarə heyətinin üzvlərinin iştirakı ilə onlayn iclas keçirilib
Fev 10, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 Fevral- Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib
Fev 01, 2021
Azərbaycanlı və koreyalı alimlərin birgə apardığı elmi tədqiqat işinin nəticəsi indekslənən nüfuzlu xarici jurnalda dərc edilib
Fev 01, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyası uğurla başa çatıb
Yan 28, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir
Yan 22, 2021

Təqvim

Mart 2021
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnsitutu

https://www.youtube.com/watch?v=Han1vJzR_4I

Elan


Copyright © 2016 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. Bütün hüquqları qorunur.