Suvarmanın müasir problemləri laboratoriyası

Laboratoriya rəhbəri,
aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
Nadirov Nadir Huseynbala oğlu
İşçilərin ümumi sayı: 13
Tel: (+994 12) 5383567

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli qərarı ilə Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılmış və İnstitutun strukturunda “Suvarmanın müasir problemləri” laboratoriyasının fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.Laboratoriya 2017-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır.
Fəaliyyət göstərdiyi bir il ərzində laboratoriyada aşağıdakı istiqamətdə elmi-tədqiqat işləri aparılmışdır:
-Abşeronun boz-qonur torpaqlarında pomidorun su və qida rejiminin kompleks nizamlanması;
-Gəncə-Qazax massivində kəhrizlərin yerlərinin, onların müasir şəraitdə istismara yararlılıq vəziyyətinin, debitinin müəyyənləşdirilməsi və kəhriz sularının suvarma əkinçiliyində istifadə yollarının öyrənilməsi;
-böyük mailliyə malik dağətəyi ərazilərdə ( Şamaxı rayon dayaq məntəqəsi timsalında ) çoxillik əkmələrin (alma bağlarının) suvarılmasında damcılarla suvarma üsulunun sınaqdan keçirilməsi;
-pambıqçılığın inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Neftçala rayonunun fermerlərinə pambığın becərilməsi barədə elmi-metodik kömək göstərilməsi, torpaqların suvarma və qrunt sularının analizinin aparılması, yüksək məhsul alınması üçün tövsiyələrin işlənib hazırlanması və təsərrüfatlarda tətbiq edilməsi.
Əsas elmi nəticələri,
– müxtəlif torpaq-iqlim şəraitində becərilən kənd təsərrüfatı bitkilərinin su tələbatının, suvarma normasının, suvarma rejimlərinin və texnologiyasının öyrənilməsi;
– bitkinin su və qida rejimlərinin kompleks tənzimlənməsi, müxtəlif su və qida rejimləri fonunda bitkinin məhsuldarlığının, məhsulun keyfiyyət göstəricilərinin öyrənilməsi;
– müxtəlif minerallığa malik sularla suvarmanın aparılması, minerallaşmış suların bitkinin məhsuldarlığına və torpağın meliorativ vəziyyətinə təsirinin öyrənilməsi;
– örtülü və açıq qruntlarda müxtəlif suvarma üsullarının, texnikasının və texnologiyasının tədqiqi.