Kitabxananın tarixi

Struktur bölmənin adı Kitabxana
Tel. (+994 12) 5389483
Elektron poçtu suleymanova-sabina@list.ru
Struktur bölmənin rəhbəri Baxşəliyeva Sona Əli qızı Əməkdar Mədəniyyət işçisi
İşçilərin ümumi sayı 4
Əsas fəaliyyət istiqamətləri AMEA “Torpaqşünaslıq və Aqrokimya” İnstitutu 1945-ci ildə yaradılmışdır. Həmin ildən institutun
kitabxanası təşkil olunmuşdur. Hal-hazırda institutun kitabxana fondu 58644 ədəddir. Kitabxanada
torpaqşünaslıq, aqrokimya, meliorasiya və s. elmi sahələrə dair kitablar var.

Torpaqşünaslıq elminin klassiklərinin əsərləri məs. D.V. Dakuçayev, D.N.Pranişnikov,
V.R.Volobuyev, H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov, M.P.Babayev, Ə.G.Quliyev və s.
öz əksini tapmışdır. Kitabxananın 20000 ədəd kitab və jurnalı elektronlaşıb. Artıq
kitabxanın kitab fondu, əlyazmalar fondu (dissertasiya, avtoreferat) elektronlaşıb. Kitabxana 250
oxucuya, eləcə də  AMEA-nin Coğrafiya, Kimya, Zoologiya, Botanika,
BDU, İU, və s. institutlarının  əməkdaşlarına xidmət edir. Kitabxanaçıların əməkləri daimi dövlət tərəfindən qiymətləndirilir.
2015-ci ildə AMEA 70 illik yubileyi ilə əlaqədar olaraq kitabxananın müdiri Baxşəliyeva Sona Əli qızına
“Əməkdar Mədəniyyət işçisi” adı verilib.