• Az
  • En
  • Ru

logo


  • Ana səhifə
  • Haqqımızda
    • İnstitut haqqında
    • Struktur
      • Şöbələr
        • Ümumi şöbə
        • Təhsil şöbəsi
        • İctimaiyyətlə əlaqələr şöbəsi
        • Beynəlxalq əlaqələr şöbəsi
        • İKT şöbəsi
      • Laboratoriyalar
        • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
        • Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi
        • Torpaq fizikası laboratoriyası
        • Torpaq meliorasiyası laboratoriyası
        • Mineral gübrələr laboratoriyası
        • Mikroelementlər və mikrogübrələr laboratoriyası
        • Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
        • Üzvü gübrələr laboratoriyası
        • Torpaqların rekultivasiya laboratoriyası
        • Torpaqların biologiyası laboratoriyası
        • Torpaqların mineralogiyası və kimyası laboratoriyası
        • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası
        • Torpaq proseslərinin dinamikası laboratoriyası
        • Torpaq örtüyünün strukturası laboratoriyası
        • Torpaq eroziyası laboratoriyası
        • Suvarmanın müasir problemləri laboratoriyası
      • Xəritə fondu
      • Torpaq muzeyi
      • Kitabxana
        • Kitabxananın tarixi
      • Ucar Dayaq Məntəqəsi
      • Şamaxı dayaq məntəqəsi
    • Rəhbərlik
    • Həmkarlar təşkilatı
  • Xəbərlər
    • Ekspedisiya Xəbərləri
    • Görüşlər
    • Konfranslar, İclaslar
    • Müsabiqə və elanlar
    • Yubileylər
    • Maraqlı məlumatlar
  • Şuralar
    • Elmi şura
    • Birləşdirilmiş Dissertasiya Şurası
    • Gənc Alim və Mütəxəssislər Şurası
  • Jurnallar
  • Əlaqə
facebook
twitter
youtube


01
FEV
2021

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 Fevral- Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib

by turan
Comments are off

   AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutundaGənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə zoom platforması üzərindən tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini a.ü.f.d. Qoşqar Məmmədov açıb və institutun gənclərini ürəkdən təbrik edərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü f.d Famin Salmanov Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasını vurğulayaraq, Ümummilli lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. F.Salmanov gəncləri respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya layiq olmağa çağırıb və institut gənclərini təbrik edrərək elmi fəaliyyətlərində uğurlar arzu edib. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev çıxışında aparılan uğurlu gənclər siyasətindən danışaraq, onlara göstərilən xüsusi diqqət və qayğının,  gənclərin inkişafı ilə bağlı imzalanan fərmanların, sərəncamların və qəbul edilən qanunların Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrildiyini qeyd edib.  Daha sonra tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günay Məmmədova və Almaniyanın Helmholtz – Ətraf Mühit Tədqiqatlar Mərkəzinin doktorantı Vüsal Quliyev də çıxış edərək müasir Azərbaycan gənclərinin böyük vətənpərvərlik ruhu, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi əzmi ilə böyüdüyünü bildiriblər. Bunun nəticəsində rəşadətli Azərbaycan əsgəri doğma torpaqlarımızı qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına azad ediblər.  Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən  bir qrup gənc İnstitutun direktoru, akademik Qərib Məmmədov tərəfindən  diplom ilə təltif  edilib. Həmçinin gənclərə İnstitutun Həmkarlar İttifaqı Təşkilatı  tərəfindən pul mükafatı da təqdim edilib.

Elan

Xəbər lenti

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Mar 05, 2021
Akademik Qərib Məmmədov Beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Mar 03, 2021
Xocalı soyqırımı”nın 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
Fev 26, 2021
Azərbaycanlı alimin elmi məqaləsi indekslənən nüfuzlu xarici jurnalda dərc edilib
Fev 22, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin iclası keçirilib
Fev 15, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların attestasiyası keçirilib
Fev 12, 2021
Torpaqların müasir GİS texnologiyaları əsasında irimiqyaslı tədqiqatı və xəritələşdirilməsi
Fev 12, 2021
Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Gənclər şöbəsinin idarə heyətinin üzvlərinin iştirakı ilə onlayn iclas keçirilib
Fev 10, 2021
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 Fevral- Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib
Fev 01, 2021
Azərbaycanlı və koreyalı alimlərin birgə apardığı elmi tədqiqat işinin nəticəsi indekslənən nüfuzlu xarici jurnalda dərc edilib
Fev 01, 2021

Təqvim

Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728

AMEA Torpaqşünaslıq və Aqrokimya İnsitutu

https://www.youtube.com/watch?v=Han1vJzR_4I

Elan


Copyright © 2016 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. Bütün hüquqları qorunur.