• Az
  • En
  • Ru

logo


  • Ana səhifə
  • Haqqımızda
    • İnstitut haqqında
    • Struktur
      • Şöbələr
        • Ümumi şöbə
        • Təhsil şöbəsi
        • İctimaiyyətlə əlaqələr şöbəsi
        • Beynəlxalq əlaqələr şöbəsi
        • İKT şöbəsi
      • Laboratoriyalar
        • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
        • Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi
        • Torpaq fizikası laboratoriyası
        • Torpaq meliorasiyası laboratoriyası
        • Mineral gübrələr laboratoriyası
        • Mikroelementlər və mikrogübrələr laboratoriyası
        • Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
        • Üzvü gübrələr laboratoriyası
        • Torpaqların rekultivasiya laboratoriyası
        • Torpaqların biologiyası laboratoriyası
        • Torpaqların mineralogiyası və kimyası laboratoriyası
        • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası
        • Torpaq proseslərinin dinamikası laboratoriyası
        • Torpaq örtüyünün strukturası laboratoriyası
        • Torpaq eroziyası laboratoriyası
        • Suvarmanın müasir problemləri laboratoriyası
      • Xəritə fondu
      • Torpaq muzeyi
      • Kitabxana
        • Kitabxananın tarixi
      • Ucar Dayaq Məntəqəsi
      • Şamaxı dayaq məntəqəsi
    • Rəhbərlik
    • Həmkarlar təşkilatı
  • Xəbərlər
    • Ekspedisiya Xəbərləri
    • Görüşlər
    • Konfranslar, İclaslar
    • Müsabiqə və elanlar
    • Yubileylər
    • Maraqlı məlumatlar
  • Şuralar
    • Elmi şura
    • Birləşdirilmiş Dissertasiya Şurası
    • Gənc Alim və Mütəxəssislər Şurası
  • Jurnallar
  • Əlaqə
facebook
twitter
youtube


08
OKT
2020

Kənd Təsərrüfatı Nazirliyində AMEA-nın institutları tərəfindən təqdim olunan layihələr müzakirə edilib

by turan
Comments are off

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbər şəxsləri, elmi tədqiqat institutlarının alim və mütəxəssislərinin iştirakı ilə 6 oktyabr 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının təqdim etdikləri və icrası planlaşdırılan layihələrin müzakirəsinə həsr edilmiş onlayn seminar keçirilib.

Seminarda giriş nitqi söyləyən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkənin ərazi bütövlüyünün bərpası uğrunda müzəffər ordumuzun Qarabağ savaşında əldə etdiyi uğurlar münasibəti ilə seminar iştirakçılarını təbrik edib. Nazir belə bir məsul dövrdə aqrar sektorun qarşısında duran mühüm vəzifələrə, Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış “Niyyət Sazişi”ndən irəli gələn həlli vacib məsələlərə, Azərbaycanda aqrar sahədə mövcud olan problemlərin həllində elmin roluna və bu baxımdan keçirilən seminarın əhəmiyyətinə toxunub.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu seminarın keçirilməsinə göstərilən təşəbbüsə görə İnam Kərimova öz minnətdarlığını bildirib. O, öz çıxışında ərzaq təhlükəsizliyinin təmin olunmasının hərbdə qazanılan uğurlar qədər əhəmiyyətli olduğunu vurğulayıb və alimlərin bu sahəyə real töhfələr verməyə hazır olduqlarını, hər iki qurumun institutları arasında birgə icra olunması planlaşdırılan layihələrin əhəmiyyəti haqqında qeyd edib.

Sonra seminar Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru b.ü.f.d. İmran Cümşüdovun moderatorluğu ilə davam etdirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova “Rəqəmsal və genom texnologiyaların tətbiqi əsasında buğdanın quraqlığa davamlı və yüksək məhsuldar rüşeym plazmasının seçilməsi və seleksiya proqramlarında istifadəsi” (rəhbər: AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Heseynova), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Torpaqların şorlaşması, şorakətləşməsi və eroziyaya uğrama dərəcələrinin və qida maddələrinə təlabatının dəqiqləşdirilməsi” (rəhbər: Əlövsət Quliyev), Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Məmmədova “Molekulyar genetik və xromosom mühəndisliyi metodları ilə pambıq genofondunun zənginləşdirilməsi, iqtisadi əhəmiyyətli yeni sortların yaradılması” (rəhbər: Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva “Azərbaycan Respublikasında təbii örüş, biçənək və otlaqların davamlı idarəedilmə sisteminin yaradılması ilə onların yem bazasının möhkəmləndirilməsi və bitki biomüxtəlifliyinin qorunub saxlanılması” (rəhbər: Səyyarə İbadullayeva) mövzularında müştərək layihələri prezentasiya formasında təqdim ediblər, konstruktiv şəkildə keçirilən seminarda iştirak edən alim və mütəxəssislərin suallarını cavablandırıblar.

Tədbirə yekun vuran nazir İnam Kərimov və akademik İradə Hüseynova birgə elmi tədqiqatların aparılması ilə aqrar sahənin inkişafına dəyərli töhfələr veriləcəyinə inamlarını ifadə ediblər.

İstinad:
www.science.gov.az

Elan

Xəbər lenti

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan online tədbir keçirilib
Yan 19, 2021
Görkəmli fitopatoloq alim İbrahim Cəfərov
Yan 19, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların “ qış imtahan sessiyası” davam edir
Yan 18, 2021
Bu gün görkəmli torpaqşünas alim, akademik Məhərrəm Babayevin doğum günüdür
Yan 13, 2021
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Yan 12, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların “ qış imtahan sessiyası” davam edir
Yan 12, 2021
Akademik Qərib Məmmədov Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti seçilib
Yan 07, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb
Yan 06, 2021
Aqrar elmin navatoru, torpaqşünaslıq elminin bu günkü korifeylərindən, görkəmli elm xadimi akademik Qərib Məmmədovun doğum günüdür
Yan 06, 2021
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Dek 30, 2020

Təqvim

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnsitutu

https://www.youtube.com/watch?v=Han1vJzR_4I

Elan


Copyright © 2016 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. Bütün hüquqları qorunur.