• Az
  • En
  • Ru

logo


  • Ana səhifə
  • Haqqımızda
    • İnstitut haqqında
    • Struktur
      • Şöbələr
        • Ümumi şöbə
        • Təhsil şöbəsi
        • İctimaiyyətlə əlaqələr şöbəsi
        • Beynəlxalq əlaqələr şöbəsi
        • İKT şöbəsi
      • Laboratoriyalar
        • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası
        • Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsi
        • Torpaq fizikası laboratoriyası
        • Torpaq meliorasiyası laboratoriyası
        • Mineral gübrələr laboratoriyası
        • Mikroelementlər və mikrogübrələr laboratoriyası
        • Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
        • Üzvü gübrələr laboratoriyası
        • Torpaqların rekultivasiya laboratoriyası
        • Torpaqların biologiyası laboratoriyası
        • Torpaqların mineralogiyası və kimyası laboratoriyası
        • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası
        • Torpaq proseslərinin dinamikası laboratoriyası
        • Torpaq örtüyünün strukturası laboratoriyası
        • Torpaq eroziyası laboratoriyası
        • Suvarmanın müasir problemləri laboratoriyası
      • Xəritə fondu
      • Torpaq muzeyi
      • Kitabxana
        • Kitabxananın tarixi
      • Ucar Dayaq Məntəqəsi
      • Şamaxı dayaq məntəqəsi
    • Rəhbərlik
    • Həmkarlar təşkilatı
  • Xəbərlər
    • Ekspedisiya Xəbərləri
    • Görüşlər
    • Konfranslar, İclaslar
    • Müsabiqə və elanlar
    • Yubileylər
    • Maraqlı məlumatlar
  • Şuralar
    • Elmi şura
    • Birləşdirilmiş Dissertasiya Şurası
    • Gənc Alim və Mütəxəssislər Şurası
  • Jurnallar
  • Əlaqə
facebook
twitter
youtube


23
SEN
2020

Torpaqşünas alim: Kəhrizləri bərpa etməyin vaxtı çatıb

by turan
Comments are off

Bakı, 22 sentyabr, AZƏRTAC 

XXI əsrdə dünyada baş verən iqlim dəyişməsi, temperaturun artması onu göstərdi ki, insanlar su ehtiyatlarından, o cümlədən yeraltı sulardan düzgün və səmərəli istifadə etməlidir. Artıq dünyanın bir çox alimləri və dövlət orqanlarının əsas diqqəti kəhriz sistemlərinə yönəlib. Bu, onu göstərir ki, qədim hidrotexniki qurğu olan kəhrizlər həmişə insanlara xidmət edib və gələcəkdə də ümidverici meliorativ sistemlərdən biri olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib. Onun sözlərinə görə, təbiətin ən ziyansız sistemi olan kəhrizlər ekosistemlərə heç bir mənfi təsir göstərmir. Təəssüf ki, son yarım əsrdən artıq bir dövrdə təbii drenaj rolunu oynayan kəhrizlər sıradan çıxıb. Bu isə minlərlə hektar münbit torpaq sahəsinin əkin dövriyyəsindən çıxmasına səbəb olub. Nəticədə ekoloji tarazlıq pozulub, mövcud heyvanat və bitki aləmi məhv olaraq yerində bataqlıq və şoranlığa uyğun fauna və flora formalaşıb.

Ə.Quliyev bildirib ki, bu gün Azərbaycanda kəhrizlər vasitəsilə istifadə olunan suyun miqdarı 1950-ci illərdə istifadə olunan suyun 25-30 faizini təşkil edir. Yəni hər il orta hesabla 350-400 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyundan istifadə olunmur. Belə nəticəyə gəlmək olar ki, kəhriz iqtisadi cəhətdən səmərəli hidrotexniki qurğu olmaqla, müasir texnologiyanın məhsulu olan subartezian nasosundan üstünlükləri ilə fərqlənir. Buna görə də bu sahəyə diqqətin artırılması ilə mövcud kəhrizlərin qorunması və yeni kəhrizlərin qazılması aktuallığını saxlayır.

“Kəhriz sistemləri qədim tarixə malik keçmişimizdən bizə gəlib çatmış abidələrdir. Kəhrizlərin bərpası, qorunması və yeni kəhrizlərin qazılması su qıtlığı probleminin həllinə aparan əsas yoldur və onları bərpa etməyin vaxtı gəlib çatıb”, – deyə alim vurğulayıb.

İstinad:AZƏRTAC

Elan

Xəbər lenti

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan online tədbir keçirilib
Yan 19, 2021
Görkəmli fitopatoloq alim İbrahim Cəfərov
Yan 19, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların “ qış imtahan sessiyası” davam edir
Yan 18, 2021
Bu gün görkəmli torpaqşünas alim, akademik Məhərrəm Babayevin doğum günüdür
Yan 13, 2021
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Yan 12, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların “ qış imtahan sessiyası” davam edir
Yan 12, 2021
Akademik Qərib Məmmədov Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti seçilib
Yan 07, 2021
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb
Yan 06, 2021
Aqrar elmin navatoru, torpaqşünaslıq elminin bu günkü korifeylərindən, görkəmli elm xadimi akademik Qərib Məmmədovun doğum günüdür
Yan 06, 2021
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Dek 30, 2020

Təqvim

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnsitutu

https://www.youtube.com/watch?v=Han1vJzR_4I

Elan


Copyright © 2016 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. Bütün hüquqları qorunur.